Close

Ukrayna hərbçiləri Rusiyanın Sumı vilayətinə hücumunu dəf edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Sumı vilayətinə hücum cəhdini uğurla dəf edib.

TNS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, dövlət sərhədinə yaxın ərazilərdə və Rusiya Federasiyasının öz ərazisində intensiv döyüşlər davam edir.

"Rusiya qoşunları rəhbərliklərinin əmrini yerinə yetirərək bizi Kursk vilayətinin ərazisindən çıxarmağa və Sumı ilə sərhəddə yerləşən Ukrayna ərazilərini ələ keçirməyə çalışır. Lakin bu istiqamətdə aqressorun hücum planı Ukrayna Müdafiə Qüvvələrinin fəal və qətiyyətli əməliyyatları sayəsində növbəti dəfə puça çıxarılıb", – deyə məlumatda qeyd olunur.

Sırski vurğulayıb ki, hazırda öz fəaliyyətini məhz bu istiqamətdə cəmləşdirib.