Peskov: "Putin İran dosyesini Oman sultanı ilə müzakirə edə bilər"
51
19:40 - 21 Aprel 2025
Rusiya lideri Vladimir Putin Oman sultanı Heysəm bin Tariq Al Səidlə görüşündə İranın nüvə dosyesini müzakirə edə bilər.
TNS TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Regional məsələlər mütləq müzakirə olunacaq", - o, V.Putinin Oman sultanı ilə görüşündə İranın nüvə proqramının müzakirə olunub-olunmayacağı barədə jurnalistlərin sualına belə cavab verib.
Qeyd edək ki, Oman sultanının bu gün Moskvaya dövlət səfəri başlayıb.