Close

"Crocus"a hücum edən terrorçuların əsl hədəfi başqa yer olub

"Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalına hücum edən terrorçuların hədəfi əslində paytaxtdakı Qızıl Meydan ola bilərdi".

TNS-in verdiyi məlumata görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.

"Paytaxtda hücum hədəfləri Qızıl Meydan, Lyublinodakı "Moskva" ticarət-yarmarka kompleksi və Çistıye Prudıdakı sinaqoq ola bilərdi", - deyə mənbədən bildirilib.

Qeyd olunur ki, terrorçular Qızıl Meydanı çox sayda polisin olması səbəbindən, "Moskva"nı isə insanların qaçmasına imkan verən çoxlu təcili çıxışın olması səbəbindən seçməyiblər. Mart ayına yaxın döyüşçülər "Crocus"a hücum etməyi qərara alıblar.

Xatırladaq ki, terror aktı 2024-cü il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall" konsert zalında baş verib. "Piknik" qrupunun çıxışından əvvəl zala silahlı şəxslər daxil olaraq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar olub və yanğın başlayıb. Hücum nəticəsində 150 nəfərə yaxın adam həlak olub, 500-dən çoxu xəsarət alıb. İŞİD terror aktının məsuliyyətini öz üzərinə götürüb. Rusiya İstintaq Komitəsi "terror aktı" maddəsi üzrə cinayət işi açıb.