Close

HƏMAS Qəzzaya nəzarətdən imtina etməyə hazırdır

Fələstinin radikal islamçı HƏMAS qruplaşmasının yaraqlıları Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhmandan ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffa münaqişə həll edildikdən sonra Qəzza zolağına nəzarətdən imtina etməyə hazır olduqları barədə məlumat verməyi xahiş ediblər.

TNS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat verib.

"HƏMAS, həmçinin İsraillə uzunmüddətli atəşkəsə və müharibəni nəhayət sona çatdıracaq razılaşmanın bir hissəsi kimi bütün məhbusların təhvil verilməsinə hazır olduğunu bildirib", - məlumatda qeyd olunub.