Close

Bu ölkədə 3 günlük matəm elan olundu

İspaniya hökuməti katolik dünyasının ruhani lideri Papa Fransiskin vəfatı ilə əlaqədar üç günlük rəsmi matəm elan edib.

TNS xəbər verir ki, bu barədə İspaniya Baş nazirinin müavini Feliks Bolanos bildirib.

Bolanos ölkə ərazisində İspaniya və AB bayraqlarının yarıya qədər endiriləcəyini, qara lentlər taxılacağını qeyd edib.