Close

Daha bir dağıdıcı zəlzələ

Bu gün İranda 4,2 bal gücündə zəlzələ baş verib.

TNS xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla 14:12-də İranın cənubunda yerləşən Sepidan rayonunda qeydə alınıb. Yeraltı təkanların ocağı 6 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.