Close

15:39
21 Aprel 2025
14:55
21 Aprel 2025

Yeni bir BMT yaranır?

Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal müharibələrin və qarşıdurmaların qarşısını ala bilmir, insanlar yeni BMT axtarışındadırlar.

TNS haberler.com-a istinadən xəbər verir ki, bunu Türk Dünyası Dərnəyinin sədri Halit Kanak deyib.

Onun sözlərinə görə, Ukrayna, Qəzza, Livan və Suriyada davam edən münaqişələr qlobal təhlükəsizliyi təhdid edərkən, BMT üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bilmir.

Kanak qeyd edib ki, deynəlxalq ictimaiyyətin yeni həll mərkəzlərinə ehtiyacı var, insanlar alternativ BMT axtarırlar.