Close

15:39
21 Aprel 2025
14:55
21 Aprel 2025

Çin bir sıra ölkələri təhdid etdi

Qlobal ticarətdə qarşılıqlı qarşıdurma və təhdidlərin miqyası artır. ABŞ-nin Çinə qarşı 145%- lik rüsum tətbiqindən sonra cavab addımları atan Pekin bu dəfə Çinə qarşı ABŞ-nin yanında olan ölkələrə xəbərdarlıq edib.

TNS xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Vaşinqtonla Pekinin maraqlarını təhlükə altına alan şəkildə əməkdaşlıq edən ölkələrə qarşı cavab tədbirləri görüləcək.

“Beynəlxalq ticarətdə cəngəllik qanununa qayıdış bütün ölkələr üçün risklər yaradacaq. Çin bütün tərəflərlə işləməyə və beynəlxalq ədaləti müdafiə etməyə hazırdır. ABŞ-nin hərəkətlərini tariflərdən sui-istifadə və birtərəfli zorakılıq kimi səciyyələndirir”,- açıqlamada vurğulanıb.