Close

15:39
21 Aprel 2025
14:55
21 Aprel 2025

ABŞ bu ölkənin paytaxtını vurdu: çox sayda ölü və yaralı

ABŞ-nin Yəmənin paytaxtına endirdiyi aviazərbələr nəticəsində 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

TNS xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

ABŞ Mərkəzi Komandanlığı zərbə ilə bağlı suallara cavab verməkdən və mülki itkiləri müzakirə etməkdən imtina edib.

Husilər hücumu Sənanın Şuub bölgəsindəki Farva bazarına hücum kimi qiymətləndiriblər.

"Əl-Məsirə" xəbər kanalı tərəfindən yayımlanan peyk görüntülərində ərazidəki avtomobillərə və binalara ziyan dəydiyi göstərilib.

Həmçinin Yəmənin Amran, Hodeyda, Marib və Saada əyalətləri də daxil olmaqla ölkənin digər bölgələrinə də zərbələr endirilib.