İran ilə ABŞ arasında danışıqlar bu tarixdə olacaq
7
21:54 - 20 Aprel 2025

Aprelin 23-nə planlaşdırılan İran-ABŞ ekspertlər səviyyəsində danışıqların Omanda vasitəçilərin iştirak ilə keçirilməsi planlaşdırılır.
TNS-in məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi deyib.
"Danışıqların təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü Maskatda vasitəçilərin iştirak ilə ekspert və texniki görüşlər keçiriləcək", - deyə o bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər danışıqların aparılması üçün ümumi prinsiplər hazırlayırlar.