Close

15:39
21 Aprel 2025
14:55
21 Aprel 2025
13:24
21 Aprel 2025

İsrail ordusu "Hizbullah"ı silahla təmin edən şəxsi zərərsizləşdirib

İsrail ordusu (ÇAXAL) bazar günü Livanda "Hizbullah" üzvü, hərəkatı silahla təmin edən 4400-cü bölmənin komandir müavini Hüseyn Əli Nəsri zərərsizləşdirib.

TNS-in məlumatına görə, bu barədə İsrail ordusu öz "Telegram" kanalında yazıb.

"Bazar günü Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən, 4400-cü bölmənin komandir müavini vəzifəsində çalışmış terrorçu Hüseyn Əli Nəsrə zərbə endirib", - deyə bildirilib.

İsrail tərəfinin bildirdiyinə görə, o, “Hizbullah”ın hərbi potensialını bərpa etmək üçün Livana qaçaqmalçılıq yolu ilə silah gətirmək üzərində işləyib.