Ukraynada atəşkəs uzadılacaq?
15
20:42 - 20 Aprel 2025

"Pasxa atəşkəsi bu gün gecəyarısı başa çatacaq".
TNS xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Prezident Vladimir Putin Pasxa atəşkəsinin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.
Qeyd edək ki, Putinin göstərişi ilə Rusiya tərəfi bütün döyüş əməliyyatlarını 19 aprel saat 18:00-dan 21 aprel saat 00:00-dək (Moskva vaxtı ilə) dayandırıb.