Close

Daha 277 ukraynalı hərbçi əsirlikdən azad edildi

Ukraynanın 277 hərbçisi Rusiya əsirliyindən azad edilib.

TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, onların arasında Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Milli Qvardiyasının, Dövlət Xüsusi Nəqliyyat Xidmətinin və sərhədçilərin əsgərləri var.