Putin atəşkəs elan etdi
10
18:40 - 19 Aprel 2025

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsində Pasxa atəşkəsi elan edib.
TNS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya lideri qeyd edib ki, Rusiya tərəfi bütün hərbi əməliyyatları aprelin 19-u saat 18:00-dan aprelin 21-i saat 00:00-dək dayandırır.
Bununla belə, Prezident Rusiya qoşunlarının atəşkəs rejiminin mümkün pozulması və düşmənin təxribatlarını dəf etməyə hazır olmasının vacibliyinə diqqət çəkib.