İran-ABŞ danışıqlarının 2-ci hissəsi başa çatdı - YENİLƏNİB

İran Xarici İşlər Nazirliyinin sözçüsü məsləhətləşmələrin faydalı olduğunu və danışıqların konstruktiv atmosferdə keçdiyini bildirib.
Onun sözlərinə görə, İran və ABŞ yaxın günlərdə texniki səviyyədə məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.
17:43
Romada İran-ABŞ danışıqlarının ikinci hissəsi başa çatıb.
TNS xəbər verir ki, bu barədə İran mətbuatında məlumat yayılıb.
11:35
Bu gün İtaliyanın paytaxtı Romada İran və ABŞ arasında danışıqların başa tutacağı gözlənilir.
TNS xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, danışıqların əsas mövzu İranın nüvə proqramı ilə bağlı böhranın nizamlanmasıdır.
İranın XİN rəhbəri Abbas Araqçı və onu müşayiət edən nümayəndə heyəti artıq Romadadır.
Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk raundu aprelin 12-də Omanda keçirilib. Bu danışıqlar 2022-ci ildən bu yana İran və ABŞ-nin rəsmi şəxsləri arasında ilk yüksəksəviyyəli təmas oldu.