Yanğın 148 nəfərin ölümünə səbəb oldu
10
09:45 - 19 Aprel 2025

Konqo Demokratik Cümhuriyyətində yanan gəminin batması nəticəsində 148 nəfər ölüb.
TNS xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ölənlərlə yanaşı, daha 100-dən çox adam itkin düşüb.
Hadisənin mətbəxdə baş verdiyi qeyd edilib. Yanğın qısa müddətdə gəmini bürüyüb və məhz buna görə sağ qalanların çoxu ağır yanıq xəsarətləri alıb.