Döyüşçülərimizin tərksilah edilməsinə icazə verməyəcəyik
14
23:40 - 18 Aprel 2025

“Hizbullah”ın baş katibi Naim Qasım Livanın cənubunda müqavimət qüvvələrinin tərksilah edilməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.
TNS xəbər verir ki, o, bu barədə “Əl Manar” kanalına müsahibəsi zamanı danışıb.
“Biz heç kimin döyüşçülərimizdən silah almasına icazə verməyəcəyik və buna güc yolu ilə cəhd edilərsə, cavab verəcəyik. Biz vətəndaş qarşıdurmasına yol verməyəcəyik”, - o bildirib.