Ermənistanda İrana məxsus yük maşını aşıb
10
20:20 - 18 Aprel 2025

Ermənistanın Sünik vilayətində İrana məxsus yük maşını aşıb.
Bu barədə TNS “Sputnik Ermənistan”a istinadən xəbər verir.
Məlumata görə, hadisə bu gün gündüz saatlarında baş verib. 47 yaşlı sürücü Kərim Nəzəri idarəetməni itirib, nəticədə yük maşını yoldan çıxaraq ağaclara çırpılıb və aşıb. Qəzadan sonra yanacaq çəni deşilib və yanacaq ətrafa axıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qafan xəstəxanasına yerləşdirilib.