Close

Qalmaqallı ev tapşırığı: Atatürkü diktatorlar siyahısına əlavə etdilər

Kanadada bir liseydə 12-ci sinif şagirdlərinə “Bir diktatoru seçin və təsvir edin” adlı tapşırıq verilib.

TNS haberler.com-a istinadən xəbər verir ki, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün adı da Benito Mussolini, Səddam Hüseyn və Fulxencio Batista kimi qaniçən diktatorlarla eyni siyahıya salınıb.

Qalmaqal Türkiyənin Kanadadakı səfirliyini hərəkətə keçirib.

Məsələ ilə bağlı Türkiyənin Kanadadakı səfiri Can Dizdar açıqlama verib: “Atatürkümüzlə bu cür rəftar edilməsi qəbuledilməzdir. Təəssüf ki, belə tək-tük hadisələr baş verə bilər. Şagirdimizin ailəsinə həssaslıqlarına görə təşəkkür edirəm”.

Diplomat, bu ağır səhvin düzəldilməsi və bir daha təkrarlanmaması üçün lazımi addımların atılacağını bildirib.