Yaponiya Rusiyanı ittiham etdi

Tokio Rusiyaya Kuril adalarında keçirdiyi təlimlərə görə diplomatik kanallar vasitəsilə etiraz edib.
TNS xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Takeşi İvai mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, onlar Rusiyanın aprelin 17-dən 22-dək Kunaşir, Şikotan və Habomai adaları ərazilərində hərbi təlimlər keçirəcəyi ilə bağlı məlumat alıblar. Bu, Rusiyanın Kuril adalarının cənubunda hərbi mövcudluğunun gücləndirilməsi deməkdir və Yaponiyanın mövqeyi ilə ziddiyət təşkil edir.
Qeyd edək ki, Moskva və Tokio ötən əsrin ortalarından, İkinci Dünya Müharibəsindən sonra sülh sazişi hazırlamaq məqsədi ilə danışıqlar aparır. Bunun üçün əsas maneə Kuril adalarının cənub hissəsinə hüquqlarla bağlı fikir ayrılığı olaraq qalır. Müharibədən sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik məskunlaşmamış adaların mülkiyyəti ilə mübahisə edir.
Tokionun Ukraynadakı vəziyyətlə bağlı anti-Rusiya sanksiyaları tətbiq etməsi səbəbindən Rusiya Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları dayandırıb.