Close

Qızıldan tort və iPhone 16 Pro- Bayram kolleksiyası

Bahalı materiallardan smartfon və geyilə bilən elektronika istehsalı üzrə ixtisaslaşan “Caviar” şirkəti Pasxa ərəfəsində eksklüziv kolleksiya təqdim edib - yeməli qızıl və qiymətli daşlarla bəzədilmiş Pasxa tortu və iPhone 16 Pro "Qoruyucu mələk".

TNS xəbər verir ki, bu barədə gazeta.ru məlumat yayıb.

Qeyd olunub ki, Pasxa tortunun xüsusi resepti və dizaynı neyron şəbəkələrdən istifadə edilməklə hazırlanıb. Tortun üzəri qızıl yarpaqlarla örtülüb və sapfir, yaqut və zümrüdlərlə bəzədilib. Dizaynın hər bir detalı əl ilə yaradılıb.

Layihənin yaradılması ideyası neyron şəbəkə tərəfindən hazırlanmış vizual konsepsiyaya əsaslanır. Bundan sonra icraya kömək etmək üçün peşəkar şirniyyatçılar və ustalar cəlb edilib. Kolleksiyaya Pasxa tortundan əlavə, yeməli qızılla örtülmüş Pasxa yumurtası formalı şirniyyatlar da daxildir.

Tortun dəyəri 2,67 milyon rubl (təxminən 55min manat) təşkil edir.

Bundan əlavə, şirkət “Din” adlı fərdiləşdirilmiş smartfonlar kolleksiyasının xəttini 599 min rubldan (13min manat) başlayan yeni “Qoruyucu mələk” modeli ilə genişləndirib.