Məhkəməni qazanacağıq- Bu, köləlikdən irəli gəlir

Amerika hökuməti köləliklə əlaqəsi olduğu səbəbiylə ölkədə doğuş vətəndaşlığının ləğvi üçün Ali Məhkəməyə açacağı iddianı asanlıqla qazanacaq.
TNS xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Ondan məhkəmənin onun xeyrinə qərar verəcəyinə və bu hüququ bərpa etməyə imkan verəcəyinə əmin olub-olmadığı soruşulub.
"Düşünürəm ki, bu iş səhv başa düşülüb. Doğumla əldə edilən vətəndaşlıq hüququ köləliklə bağlıdır. Bu prizmadan baxsanız, insanlar başa düşür. Amma nədənsə hüquqşünaslar və media bu barədə danışmır", - prezident vurğulayıb.
Qeyd edək ki, Tramp yanvarın 20-də vəzifəyə gəldikdən sonra doğum hüququ ilə vətəndaşlığı məhdudlaşdıran sərəncam imzalayıb. Sənəddə qeyri-qanuni mühacirlərin uşaqlarına doğuş hüququ vasitəsilə ABŞ vətəndaşlığının verilməsi ilə bağlı məhdudiyyətlər var. Ertəsi gün 22 ştatın rəsmiləri qərardan şikayət etmək üçün Amerika məhkəmələrinə müraciət ediblər. Daha sonra müxtəlif ştatların müxtəlif məhkəmələri sənədi müvəqqəti olaraq bloklayıb. Martın ortalarında Vaşinqton administrasiyası Ali Məhkəmədən əmri bloklayan aşağı məhkəmə qərarlarını ləğv etməyi xahiş edib. Ali Məhkəmə hər iki tərəfin arqumentlərini dinləyəcəyini bildirib.