Close

ABŞ Suriyadakı bazalarını bağlayır

ABŞ Suriyanın şimal-şərqindən əsgərlərini geri çəkməyə başlayıb və tezliklə bölgədəki səkkiz əməliyyat bazasından üçünü bağlayacaq.

TNS xəbər verir ki, bu barədə New York Times (NYT) iki yüksək rütbəli amerikalı məmura istinadən məlumat yayıb.

Sözügedən bazalar Missiya Dəstək Saytı Yaşıl Kənd və M.S.S. Fəratdır. Onların bağlanması nəticəsində ABŞ-nin Suriyadakı hərbi kontingenti 2000-dən 1400-ə enəcək.

Üstəlik, iki aydan sonra Amerika komandanlığı daha da çox əsgəri respublikadan çıxara bilər.

NYT-dəki mənbənin məlumatına görə, Suriyada 500-ə qədər hərbçi qala bilər. Eyni zamanda, ABŞ prezidenti Donald Tramp ümumilikdə hər hansı kontingentin saxlanılması imkanlarına çox şübhə ilə yanaşır.

Aprelin 16-da “Sky News Arabia” telekanalı ABŞ-nin Suriyadakı hərbi komandanlığının Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı ərazisindəki hərbi bazada yerləşdirilən xüsusi təyinatlıları geri çəkməyə başladığını bildirib.

Telekanalın məlumatına görə, amerikalı hərbçilərin karvanı Ərəb Respublikasının şərqində yerləşən obyektdən ABŞ-nin böyük bazasının yerləşdiyi İraq Kürdüstanına yollanıb.