Rusiya bu şəhərləri vurdu: çox sayda yaralı var
5
09:22 - 18 Aprel 2025

Rusiya Xarkovda çoxmənzilli yaşayış binasına raket zərbəsi endirib.
TNS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov bildirib.
Son məlumata görə, bir nəfər ölüb, daha 40 nəfər yaralanıb. Qurbanlar arasında 4 və 2,8 yaşlı iki uşaq da var.
Dağıntılar altında hələ də insanların ola biləcəyi ehtimal edilir.
Eyni zamanda, səhər saatlarında Sumı şəhərində sənaye obyeklərinə PUA hücumları olub. Hücum nəticəsində bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.