Azərbaycanlı kinorejissor vəfat etdi - FOTO
21
23:00 - 17 Aprel 2025

Azərbaycanəsilli rejissor və ssenarist Ruslan Şahmalıyev bu gün 88 yaşında Rusiyada vəfat edib.
TNS xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının yaydığı məlumatda deyilir.
İttifaqdan bildirilib ki, R. Şahmalıyev onlarla elmi-populyar və sənədli filmin rejissoru olub.
O, "Azərbaycanfilm" və "Azərbaycantelefilm" kinostudiyalarında kinorejissor kimi fəaliyyət göstərib.