Close

10:33
19 Aprel 2025

Putin Zaxarovanı ordenlə təltif etdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru, idarənin rəsmi nümayəndəsi Mariya Zaxarovanı IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

TNS Publika.az-a istinadən xəbər verir ki, müvafiq fərman cümə axşamı, aprelin 17-də dərc olunub.

Dövlət başçısı Zaxarovanı “Rusiya Federasiyasının xarici siyasət kursunun həyata keçirilməsinə verdiyi töhfəyə və uzun illər vicdanlı diplomatik xidmətinə görə” mükafaylandırıb.

Mariya Vladimirovna Zaxarova 24 dekabr 1975-ci ildə Moskvada anadan olub. 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) beynəlxalq jurnalistika ixtisası üzrə beynəlxalq informasiya fakültəsini bitirib. Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsinə malikdir. İngilis və Çin dillərində danışır.

2015-ci ilin avqustunda o, Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru vəzifəsinə təyin edilib.