Close

10:33
19 Aprel 2025

"Danışıqlar kifayət qədər çətin gedir"

Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar kifayət qədər çətin gedir.

TNS xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər Moskva və Vaşinqton sülhdən danışırlarsa, Avropa paytaxtları hərbi əməliyyatları davam etdirməkdə israrla birdən-birə müharibə şahinlərinə çevriliblər. Kiyev rejimi ənənəvi olaraq öz repertuarındadır. Ona görə də işlər o qədər də rəvan getmir”, - Peskov bildirib.