Close

22:41
18 Aprel 2025

Təyyarə havada alovlandı- VİDEO

ABŞ-də Denverdən Edmontona uçan “United Airlines”a məxsus Boeing 737 sərnişin təyyarəsi havada yanıb.

TNS xəbər verir ki, təyyarənin sağ qanadındakı mühərriklərdən biri havada olarkən alovlanıb.

Pilot qəza çağırışından sonra sağ qanad mühərrikini söndürüb və 75 dəqiqə sonra Denverə təcili eniş edib.

Təyyarədə olan 159 sərnişin və ekipaj üzvlərinin hamısı təxliyə edilib, insident zamanı xəsarət alan olmayıb.

Pilot qülləyə dovşanın iki nömrəli mühərrikə dovşan girdiyini bildirib. Dovşanın uçuş zamanı mühərrikə girdiyi güman edilir.