ABŞ-İran danışıqlarının yeri dəyişdi

ABŞ və İran arasında şənbə günü keçiriləcək dolayı danışıqların ikinci raundu Romada olacaq.
TNS xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qaribabadi bildirib.
İran daha əvvəl görüşün aprelin 19-da Omanda keçiriləcəyini açıqlamışdı.
Nazir müavini danışıqların harada aparılmasından asılı olmayaraq Omanın vasitəçi ölkə olacağını bildirib: “Yerin dəyişdirilməsi əsas məsələ deyil. Ancaq konkret bir yerin olması prosesin sabitliyi baxımından daha yaxşı olar. Əgər təklif olunan ölkə İranın ciddi siyasi problemləri olan ölkə deyilsə, biz müraciətlərə müsbət yanaşırıq. Bu cür detallar media və ictimaiyyət üçün əhəmiyyətli ola bilər, ancaq danışıqların məzmununa təsir etməyəcək”.