Close

22:41
18 Aprel 2025

Bu universitetə xarici tələbələrin qəbulu qadağan edilir

Tramp administrasiyası Harvard Universitetini əcnəbi tələbələri qəbul etməyi qadağan etməklə hədələyir və artıq onun maliyyəsini kəsməyə başlayıb.

TNS xarici mediaya istinadla xəbər verir ki, Milli Təhlükəsizlik Departamentinin açıqlamasında bildirilib ki, Harvarddan administrasiyanın tələblərinə əməl etmək istənilir.

"Harvard hesabat tələblərinə tam uyğun olduğunu nümayiş etdirə bilməsə, universitet beynəlxalq tələbələri qəbul etmək imtiyazını itirəcək"- açıqlamada qeyd olunub.

Universitetə qarşı bu tədbirlərə Trampın universitetin “radikal ideologiyaya” bağlı olduğuna inandığı siyasətindən narazılığı səbəb olub.

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Naziri Kristi Noem Harvarda ümumi məbləği 2,7 milyon dollardan çox olan iki qrantın ləğv edildiyini deyib.