Pezeşkian Zərifin istefa ərizəsini qəbul etdi
23
22:40 - 16 Aprel 2025

İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul edib.
TNS bu barədə "Azad İran" "Telegram" kanalına istinadla məlumat verir.
Bildirilib ki, Zərif istefa ərizəsini hələ martın 3-də təqdim etmişdi, lakin İran prezidenti onun ərizəsini yalnız indi qəbul edib.
Zərifin yerinə 59 yaşlı Mohsen İsmaili təyin olunub.