Close

22:41
18 Aprel 2025

Rafael Qrossi İrana səfər edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (ABEA) rəhbəri Rafael Qrossi İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana gedib.

TNS xəbər verir ki, bu barədə məlumatı “Mehr” yayıb.

Səfər çərçivəsində bu gün onunla İranın xarici işlər naziri Abbas Araqçi arasında görüş nəzərdə tutulub.

O, sabah isə İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Eslami ilə müzakirələr aparacaq.