Close

22:41
18 Aprel 2025

Danimarka hərbçilərini Ukraynaya göndərəcək

Danimarka müxtəlif qoşun növlərindən olan hərbçilərini Ukraynaya göndərməyi planlaşdırır.

TNS xəbər verir ki, bu barədə Danimarka Quru Qoşunlarının komandanı general-mayor Peter Boysen “TV 2”yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynaya Danimarka hərbçilərindən ibarət bir neçə komandanın göndərilməsi planlaşdırılır: "Lakin bu, sülhməramlı əməliyyat olmayacaq. Onlar təlim üçün gedəcəklər".