Bu ölkədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb

Suriyada dövlət çevrilişinə cəhdin qarşısı alınıb.
TNS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ənəs Xəttab bildirib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Suriya ordusunun keçmiş zabitlərindən ibarət qrup hazırki höküməti devirməyi planlaşdırıb. Hüquq-mühafizə orqanlarının operativ işi və əhalinin dəstəyi sayəsində onların planlarının üstü açılıb.
Qeyd edək ki, aprelin 1-də Dəməşqin kənarında ölkənin yeni hakimiyyətinin təhlükəsizlik qüvvələrinin patrulu sabiq prezident Bəşər Əsədin tərəfdarları tərəfindən atəşə tutulub. Hadisə Nəcha şəhərində baş verib. Hücum nəticəsində bir neçə nəfər yaralanıb.