Close

22:41
18 Aprel 2025

Paşinyan: "Yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır"

Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, ölkəsinin yeni konstitusiyasının mətnində Qarabağ haqqında qeydi ehtiva edən Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır.

TNS-in TASS-a istinadən xəbərinə görə, bu barədə o, Ermənistan parlamentində jurnalistlərlə söhbəti zamanı bəyan edib.

Hökumət başçısı bildirib ki, bu məsələ ilə bağlı öz mövqeyini dəfələrlə, o cümlədən bəyannamənin qəbul edilməsi günü münasibətilə müraciətlərində ifadə edib.

"Mən Müstəqillik Bəyannaməsinin mətnini ətraflı şəkildə öyrəndim və belə qənaətə gəldim ki, o, faktiki olaraq, müstəqil Ermənistan Respublikasının, ümumiyyətlə erməni dövlətçiliyinin mövcudluğu imkanını şübhə altına alır. Bu, sadəcə, real deyil. Və əgər mən bunu açıq şəkildə bəyan edirəmsə, deməli, yeni konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməli olduğunu iddia edə bilmərəm. Əksinə, hesab edirəm ki, ölkənin yenilənmiş əsas qanununda bu olmamalıdır. Amma qərar Ermənistan xalqınındır", - deyən Paşinyan bunun öz siyasi mövqeyi olduğunu vurğulayıb.