Pezeşkiandan Cavad Zəriflə bağlı ETİRAF
13
15:27 - 16 Aprel 2025

Bir sıra məhdudiyyətlər Məhəmməd Cavad Zərifin vitse-prezident vəzifəsindən getməsinə səbəb olub.
TNS İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O, sabiq vitse-prezidentdə təşəkkür edib və onun elmi xidmətlərindən və təcrübəsindən istifadə etməyə hazır olduğunu bildirib.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif martın 3-də Pezeşkiyan administrasiyasından istefa verib. Həmin vaxt o, “X sosial şəbəkəsində yazıb ki, məhkəmə hakimiyyətinin başçısı Qulam-Hüseyn Mohseni Ejei tərəfindən görüşə dəvət olunub və istefa verməsi tövsiyə edilib.