Astana hava məkanını bağlayır
20
11:27 - 16 Aprel 2025

Aprelin 22-dən mayın 7-dək yerli vaxtla saat 10:00-dan 13:00-dək Astanada şəhəri üzərindəki hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq ediləcək.
TNS xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Səbəb Qələbə Paradına hazırlıqla əlaqədar hərbi aviasiyanın təlim uçuşları keçirməsidir.
Respublika Nəqliyyat Nazirliyinin mülki aviasiya komitəsinin mətbuat xidməti sərnişinlərdən səfərləri planlaşdırarkən qeyd olunan məhdudiyyətləri nəzərə almalarını xahiş edib.