Close

22:41
18 Aprel 2025

ABŞ daha da irəli getdi: 245 % tətbiq edəcək

ABŞ administrasiyası ölkələr arasında artan ticarət qarşıdurması fonunda Çindən idxal olunan mallara 245% rüsum tətbiq edə bilər.

TNS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ administrasiyasının bəyanatında bildirilib ki, aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp bütün ölkələrə 10% tariflər tətbiq edib və ABŞ-nin ən böyük ticarət kəsirinə malik olduğu ölkələrə fərdi rüsumları artırıb. Bu yolla prezident “oyunun şərtlərini bərabərləşdirmək və Amerikanın milli təhlükəsizliyini təmin etmək” istəyib. Ağ Evin məlumatına görə, daha sonra dünyanın 75-dən çox ölkəsi vəziyyəti həll etmək və yeni ticarət müqavilələri bağlamaq" üçün Vaşinqtonla danışıqlara başlayıb.

"Bu müzakirələr fonunda, qisas alan Çin istisna olmaqla, (bütün ölkələr üçün) fərdi tariflər dayandırılıb. Çinin cavab tədbirləri nəticəsində indi o, ABŞ idxalına 245%-ə qədər tariflərlə üzləşib.

Ağ Ev sərtləşdirmə tədbirlərinin vaxtı və ya konfiqurasiyası ilə bağlı təfərrüatları açıqlamayıb.