Close

22:41
18 Aprel 2025

ABŞ bu ölkələrdə səfirliklərini bağlayacaq – Siyahıda Almaniya və Fransa da var

ABŞ xaricdəki diplomatik missiyalarını məhdudlaşdırmağı azaltmağı planlaşdırır.

TNS xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Agentliyin məlumatına görə, əksəriyyəti Avropa və Afrikada olan 10 səfirliyin, 17 Baş Konsulluğun bağlanması planlaşdırılır.

Bunlara Malta, Lüksemburq, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı səfirliklər, həmçinin Fransada beş, Almaniyada iki, Bosniya və Herseqovinada iki, Böyük Britaniya, Cənubi Afrika və Cənubi Koreyanın hər birində bir konsulluq daxildir.

Bağlanacaq diplomatik nümayəndəliklərin səlahiyyətlərini ABŞ-nin qonşu ölkələrdəki nümayəndəlikləri icra edəcək. Ağ Ev Somali və İraqdakı diplomatik nümayəndəliklərin də fəaliyyətini məhdudlaşdırmağı nəzərdə tutub.