“Hizbullah”ın xüsusi təyinatlı bölməsinin taqım komandiri öldürüldü
9
23:21 - 15 Aprel 2025

İsrail Ordusu Livanın cənubuna yeni dəqiq zərbə endirib.
TNS xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbənin məqsədi “Hizbullah”ın silahlı qanadının xüsusi əməliyyat bölmələrindən birinin taqım komandirini məhv etmək olub. Hücum nəticəsində o öldürülüb, onun adı açıqlanmayıb.
Qeyd olunur ki, zərbə Livanın cənubundakı Aytarun qəsəbəsinin kənarına endirilib.