Close

ABŞ hakimiyyəti Zukerberqdən narazıdır

ABŞ hakimiyyəti antiinhisar qanunlarını pozduğuna görə "Meta"nı "Facebook" və "Instagram"ı satmaqla hədələyir.

TNS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Mark Zukerberqin ABŞ Federal Ticarət Komissiyasının (FTC) iddialarına cavab olaraq məhkəmədə ifadə verdiyi bildirilir. Məlumata görə, sosial şəbəkə Zukerberqin şirkəti tərəfindən satın alınana qədər o, elektron məktublarında "Instagram"ı birbaşa "Facebook"a rəqib adlandırıb. Milyarderın özü bütün ittihamları rədd edir.

Qeyd olunur ki, "Meta" məcburi qaydada "Instagram"dan məhrum edilərsə, şirkət üçün çətin günlər başlayacaq. Güman edilir ki, təkcə 2025-ci ildə sosial şəbəkə öz platformasında reklamdan təxminən 37 milyard dollar gəlir qazana bilər. Bu, ABŞ bazarındakı "Meta"nın bütün reklam gəlirlərinin təxminən yarısıdır.

Xatırladaq ki, "Meta"ya qarşı iddia 2020-ci ildə açılıb.