Close

İran rəsmisi Omandakı danışıqlarda qızıl qələm oğurladı

Ötən həftə Maskatda ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlar zamanı İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi masa üzərindəki 15 min dollara yaxın qiyməti olan qızıl qələmi oğurlayıb.

TNS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, Oman Xarici İşlər Nazirliyi qələmin qiymətinin 14300 dollar olduğunu bildirib və onun geri qaytarılmasını istəyib.

Qeyd olunub ki, Qəribabadi qızıl qələmi təsadüfən cibinə qoyduğunu və qiymətini bilmədiyini açıqlayıb.

O, qiymətli qələmi səfirlik vasitəsilə qaytaracağına söz verib. Hələlik isə qələmin geri qaytarıldığı və ya "müharibə qəniməti" kimi saxlanıldığı bəlli deyil.