Close

Çin vətəndaşlarını əsirlikdən xilas etmək istəmir, çünki...

Çin Ukraynada əsir götürülən vətəndaşlarını geri almağa tələsmir.

TNS xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jianın “Ukrinform”a açıqlamasında bildirib.  

Sözçü bəyan edib ki, Çin hökumətinin öz vətəndaşlarının Ukraynaya göndərilməsi ilə heç bir əlaqəsi yoxdur.

"Çin hökumətinin mövqeyi çox aydındır. Biz çoxsaylı xəbərdarlıqlar etmişik və Çin vətəndaşlarından silahlı münaqişə zonalarından uzaq durmağı, hər hansı formada silahlı münaqişələrdə iştirak etməməyi və hər hansı bir tərəfin hərbi əməliyyatlarında iştirak etməməyi xahiş etmişik", - Lin deyib.

Qeyd edək ki, Rusiya tərəfində Ukraynaya qarşı vuruşan və əsir götürülən çinlilər vətənə qaytarılmalarını istəyiblər.