Yeni sanksiyalar: Putin Trampı bezdirərsə...

ABŞ Prezidenti Donald Trampın komandası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
TNS xəbər verir ki, bu barədə Wall Street Journal (WSJ) yüksək səviyyəli mənbəyə istinadən məlumat yayıb.
“Onlar düşünürlər ki, əgər Tramp həqiqətən də Putindən bezdiyinə qərar verərsə (yeni sanksiyalar) nəzərdən keçirmək üçün siyasi əsasları var”, - nəşr yazıb.
Bildirilib ki, hazırda sanksiyalar rejiminin gücləndirilməsi məsələsi ABŞ Maliyyə Nazirliyi və ABŞ Dövlət Departamenti tərəfindən həll edilir.
“Reuters” daha əvvəl xəbər vermişdi ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirən və Ukraynaya dəstəyi artıran qanun layihəsi təqdim ediblər.
Sənəddə Ukraynanın təhlükəsizliyi və yenidən qurulmasının təmin edilməsi üçün resursların ayrılması və Rusiyaya qarşı sərt sanksiyaların tətbiqi ilə bağlı müddəalar yer alıb. Qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Qreqori Miks tərəfindən hazırlanıb.