Close

17:46
16 Aprel 2025

Avropa İttifaqı bu ölkələri təhdid etdi

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Aİ ölkələlərindən, həmçinin İttifaqa üzvlük məsələləri müzakirə edilən namizədlərdən mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməməyi tələb edib.

TNS xəbər verir ki, bu barədə Kaya Kallas Aİ xarici işlər nazirlərinin görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Diplomat bunun ciddi nəticələri olacağını qeyd edib.

O, Aİ ölkələrinin nümayəndələrinə Avropa dəstəyini nümayiş etdirmək üçün mümkün qədər Ukraynaya səfər etməyə çağırıb.