Close

ABŞ Yəmənə zərbələr endirdi - Onlarla husi öldürüldü

ABŞ-nin Yəmənin şimalındakı Əl-Cauf əyalətinə endirdiyi zərbələr nəticəsində "Ənsar Allah" hərəkatının onlarla tərəfdarı öldürülüb.

TNS xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Əl-Cauf əyalətində də üsyançıların yerləşdiyi sığınacaqlara hücum olunub.

Ölənlərin husilərin yaratdığı silahlı qüvvələrin şəxsi heyətinin bir qismi olduğu qeyd edilir.