Səfir Rusiyadan sığınacaq istədi
35
19:20 - 14 Aprel 2025

Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri Rusiyada sığınacaq istəyib.
TNS TASS-a istinadən xəbər verir ki, 8 aprel tarixində Suriya XİN ölkənin xaricdəki diplomatik nümayəndəliklərində yenidənqurma işlərinə başlanıldığını açıqlayıb.
Bildirilir ki, Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri respublika XİN-in mərkəzi aparatına geri çağırılması barədə bildiriş alıb.