Rusiyadan 25 əcnəbi deportasiya ediləcək

Moskvanın şimalında keçirilən reyd zamanı polis Rusiyada yaşayış rejimini pozan 25 xarici vətəndaşı aşkar edib.
TNS “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 10-da polis əməkdaşları Rusiya Federal Təhlükəsizlik Xidmətinin regional bölmələri və "Rosqvardiya" ilə birlikdə paytaxtın Timiryazevski rayonunda yerləşən binada yoxlama aparıblar.
"Daxili İşlər İdarəsinə 59 xarici vətəndaş gətirilib. Onlardan 25-i barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi üzrə inzibati materiallar tərtib edilib", - məlumatda vurğulanıb.
Həmçinin polis müəyyən edib ki, onlardan 6-sı əmək müqaviləsi bağlamadan əmək fəaliyyəti ilə məşğul olub.
Xatırladaq ki, bu gün Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) Rusiya səfiri Sergey Vakunova Moskvanın "Bodrost" hamam kompleksində qırğızın kütləvi saxlanılması və güc tədbirlərinin tətbiqi ilə əlaqədar nota verib.