Close

Daha bir Afrika ölkəsi Fransaya qarşı "üsyan edir"

Fransa rəsmilərini ölkədən çıxaran ölkələr siyahısına Əlcəzair də əlavə edilib.

TNS xarici mediaya istinadən xəbər verir ki, Əlcəzair Fransa konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini tələb edir.

Qərar üç Əlcəzair vətəndaşının Fransada saxlanmasından sonra verilib.

Fransanın xarici işlər naziri Jean-Noel Barrot Əlcəzairin bu tələbini ədalətsiz adlandırıb.

Qeyd edək ki, keçmiş müstəmləkələr Burkina Faso, Mali, Niger, ÇAD Fransa hərbi qüvvələrini və diplomatlarını artıq öz ölkələrindən çıxarıblar.