Close

23:50
16 Aprel 2025

Aİ İrana sanksiya tətbiq etdi

Avropa İttifaqının xarici işlər nazirləri AB vətəndaşlarının saxlanılmasına görə İrana qarşı sanksiyalar tətbiq ediblər.

TNS xəbər verir ki, bu barədə “Reuters” məlumat .

Sanksiyalar İranın yeddi fiziki şəxsinə və iki qurumuna şamil edilib.

Agentlik qeyd edib ki, sanksiya siyahısına Tehranın Evin həbsxanasının direktoru, eləcə də bir neçə hakim və digər ədliyyə rəsmiləri daxildir.